İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
15 May 2025 19:09
2 632
Mayın 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.
Nazirlər Kabinetindən Xalqcebhesi.az-a verilən məlumata görə, görüşdə Prezident İlham Əliyevin və Çinin Sədri Si Cinpinin birgə səyləri nəticəsində Azərbaycan-Çin münasibətlərinin dinamik inkişafı məmnunluqla vurğulanıb.
Prezident İlham Əliyevin Çinə son dövlət səfərinin əhəmiyyəti qeyd edilib. Dövlət başçılarının imzaladıqlarıı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırdığı diqqətə çatdırılıb.
Görüşdə Azərbaycan ilə Çin arasında ticarət-iqtisadi və humanitar əməkdaşlığın aktual məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
25 Mart 17:31
1 309
25 Mart 15:12
1 386
25 Mart 15:01
1 309