İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
16 May 2025 12:36
2 541
Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Qüvvədə olan qanuna görə, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.
Dəyişikliyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasinda Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
25 Mart 17:31
1 309
25 Mart 15:12
1 386
25 Mart 15:01
1 309