İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
25 May 2025 18:56
2 793
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və onun rəhbərlik etdiyi nümayəndə heyəti ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət edib.
Xalqcebhesi.az xəbər verir ki, dünyanın ilk tanker-muzeyini ziyarət zamanı qonaqlara burada nümayiş etdirilən ekspozisiyalar, multimediya və audiovizual sistemlər təqdim olunub. Həmçinin ziyarətçilərə Azərbaycanın zəngin dənizçilik ənənələri, Xəzər hövzəsində fəaliyyət göstərən ən qədim gəmiçilik şirkəti olan ASCO-nun tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilib.
Nazir Sibiqanın səfəri münasibətilə gəmi-muzeydəki audiobələdçi sisteminə Ukrayna dili əlavə edilib və ekskursiya tam şəkildə həmin dildə keçirilib.
Ukraynanın xarici işlər naziri “Suraxanı” gəmi-muzeyinin "Fəxri qonaqlar" kitabında ürək sözlərini qeyd edərək, ekskursiyadan məmnun qaldığını və Azərbaycanın dənizçilik irsinin qorunması istiqamətində görülən işləri yüksək qiymətləndirdiyini bildirib.

25 Mart 17:31
1 309
25 Mart 15:12
1 386
25 Mart 15:01
1 309