İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
26 May 2025 12:47
2 457
"Mən həm Ağdamda, həm də Şuşada bəzi səfərlərdə iştirak etmişəm və insanın nəyəsə nifrət, yaxud hansısa emosional təsir altında, anlamadığı və başqası üçün dəyərli olan bir şeyi məhv etməsi ruhuma ağrı verir. Bu, ya tərbiyəsizliyin, ya da qeyri-insani yanaşmanın əlamətidir".
Bunu APA-ya açıqlamasında Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi, yepiskop Vladimir Fekete Bakıda keçirilən "İslamafobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusundakı beynəlxalq konfransda deyib.
O Azərbaycanın işğaldan azad ,edilmiş ərazilərindəki abidələrinin işğal dövründə dağıdılmasına şübhə edənləri həmin ərazilərə səfər etməyə çağırıb:
"Şübhəsi olanlar və ya tərəddüd edənlər üçün Şuşaya getmək, 30 il işğal altında qalmış həmin yerləri ziyarət etmək, onların əvvəl necə olduğunu və indi necə göründüyünü öz gözləri ilə görmək imkanı var. Bu da onu göstərir ki, bu torpaqların bərpası istiqamətində ciddi bir siyasət həyata keçirilir".
Vatikanın, yəni Roma Katolik Kilsəsində rəhbər dəyişikliyindən sonra Vatikanla Azərbaycan arasındakı münasibətlərin gələcək perspektivlərinə də toxunub:
"Ümid edirəm ki, heç nə dəyişməyəcək, çünki münasibətlər çox yüksək səviyyədədir. Azərbaycanın Müqəddəs Taxt-Tac (Vatikan) yanında səfiri, hörmətli səfir İlqar Muxtarov orada çox yaxşı işlər görür. Bu baxımdan əminəm ki, münasibətlər – əsası hələ II İoann Pavelin səfəri ilə qoyulan və Papa Fransiskin səfəri ilə təsdiqlənən münasibətlər – yalnız müsbət istiqamətdə möhkəmlənəcək".
25 Mart 17:31
1 309
25 Mart 15:12
1 386
25 Mart 15:01
1 309