İsrail səfiri ABŞ senatoru ilə regional sülh və təhlükəsizliyi müzakirə edib Siyasət

İsrail səfiri ABŞ senatoru ilə regional sülh və təhlükəsizliyi müzakirə edib

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara ilə birlikdə İsrailin Azərbaycandakı səfiri Corc Diklə görüş keçirib.

Bu barədə ABŞ Səfirliyi məlumat yayıb.

Görüşdə İsrail-Azərbaycan münasibətlərinin regional sülhə töhfəsi, habelə Amerika xalqının maraqlarına uyğun güclü iqtisadi və təhlükəsizlik tərəfdaşlığının davam etdirilməsi ilə bağlı ortaq məqsəd və prioritetlər müzakirə olunub.