Ramil Usubov: Bu gün sürətlə baş verən proseslər dünyada təhlükəsizliyə təhdidlər yaradır Siyasət

Ramil Usubov: Bu gün sürətlə baş verən proseslər dünyada təhlükəsizliyə təhdidlər yaradır

2025-ci ilin 28-30 may tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində təhlükəsizlik məsələlərinə kuratorluq edən yüksəksəviyyəli nümayəndələrin “Bərabər və bölünməz təh-lükəsizlik arxitekturası: Cənub və Şərq dövlətləri üçün imkanlar və təhdidlər” mövzusunda 13-cü beynəlxalq görüşü keçirilib.

APA TŞ-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.

Dünyanın 105 ölkəsinin təmsil olunduğu, 126 nümayəndə heyə-tinin iştirak etdiyi üçgünlük dialoq çərçivəsində qlobal miqyasda bərabər və bölünməz təhlükəsizliyin yeni arxitekturasının formalaş-dırılması, mühüm informasiya infrastrukturunun terror hücumların-dan və təxribatlardan qorunması, o cümlədən internet fırıldaqçılgı ilə mübarizə məsələləri müzakirə olunmuşdur.

Ramil Usubov çıxışında bu gün sürətlə baş verən proseslərin dünyada təhlükəsizliyə, sabitliyə yeni çağırışlar və təhdidlər yaratdığını, qlobal Cənubun və Şərqin bundan təklikdə qorunmaq imkanlarının olmamasının narahatlıq doğurduğunu, beynəlxalq birliyin birgə səylərinin vacibliyini diqqətə çatdırmışdır. O, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bilavasitə rəhbərliyi və yorulmaz səyləri ilə qlobal maraqların kəsişdiyi coğrafi ərazidə yerləşən Azərbaycan Respublikasının bölgədə və dünyada dayanıqlı təhlükəsizlik mühitinin formalaşmasına, möhkəmləndirilməsinə, bərabərhüquqlu əsasda dayanıqlı beynəlxalq əməkdaşlığın inkışafına verdiyi töhfələrdən danışmışdır.

Tədbir çərçivəsində keçirilən görüşlərdə təhlükəsizliyin təmini sahəsində əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.