ABŞ-nin sülh prosesinə qoşulması: proses nə vəd edir?
19 Noyabr 23:38
19 Noyabr 23:38
19 Noyabr 17:42
19 Noyabr 15:34
19 Noyabr 13:58
3 İyul 11:44
1 876
Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev ANAMA-ın sədri Vüqar Süleymanov ilə görüşüb.
APA xəbər verir ki, bu barədə səfir sosial mediada paylaşım edib.
Bildirilib ki, görüşdə Ukrayna və Azərbaycan arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub.
Səfir Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkür edib.
“Bir neçə il əvvəl Azərbaycan Respublikasının Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin ehtiyacları üçün bizə təhvil verdiyi və bu il onun üçün əlavə zəruri ehtiyat hissələri dəstini təqdim etdiyi “Revival-P” minatəmizləmə maşınının uğurla istismarı barədə məlumat verdim”, - səfir qeyd edib.
Onun sözlərinə görə, görüşdə bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün gələcək praktiki addımlar barədə razılığa gəlinib. “Azərbaycanlı tərəfdaşlara birgə işləməyə və təcrübə mübadiləsi aparmağa hazır olduqlarına görə minnətdarıq”, - diplomat vurğulayıb.
19 Noyabr 23:24
672
19 Noyabr 23:12
679
19 Noyabr 23:00
665
