

Qarşılıqlı ticarətimizin cari həcmi aşağı olaraq qalır.
APA-nın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.
Özbəkistan Prezidenti deyib ki, keçən il İƏT üzvləri arasında ticarət dövriyyəsi 94 milyard dollar təşkil edib: “Yaşıl dəhlizlər sistemini yaratmaq vacibdir. Sərmayə mühitini daha da yaxşılaşdırmaq təşəbbüsü ilə çıxış etmişik”.
Şavkat Mirziyoyev qeyd edib ki, son geosiyasi gərginliklər nəqliyyat dəhlizlərinin əhəmiyyətini bir daha göstərib: “Çindən başlayan nəqliyyat dəhlizi gələcəkdə Trans-Əfqanıstan nəqliyyat dəhlizi ilə birləşəcək”.