“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi!
Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT
8 İyul 2025 16:43
3 815
“Azərbaycan-Ermənistan sülh gündəmində əhəmiyyətli irəliləyişlər mövcuddur və Ermənistanın daxili siyasi dinamikasında da Azərbaycanın tələb və şərtləri əsasında formalaşan yeni konyukturanın ərsəyə gəlməsi prosesi getməkdədir. Bu, o deməkdir ki, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü sülh gündəliyinə sadiqlik nümayiş etdirən bir obraz yaratmaq istəyir. Hərçənd ki, bu obrazın nə qədər davamlı olacağı və sülh gündəmində hansı dərəcədə əhəmiyyətli rollar alacağı perspektiv üçün bəzi açıq suallar da qoymaqdadır”.
Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) əməkdaşı, siyasi şərhçi Aqşin Kərimov söyləyib.
A.Kərimov əlavə edib ki, bununla belə Azərbaycan-Ermənistan gündəliyi kənar müdaxilələr olmadan formalaşmaq ərəfəsindədir: “Bu da təbii ki, Azərbaycanın irəli sürdüyü şərtlərdən başlıca prioritet olaraq regional təhlükəsizlik üçün vacib xətt kimi önə çıxır. Ona görə də Ermənistanın verdiyi bəyanatlar Azərbaycanın bağlı qapılar arxasında irəli sürdüyü şərtlərin elanı kimi başa düşülməlidir. Yəni Azərbaycan artıq Ermənistanın ictimai-siyasi mühitini gələcəkdə isə təhlükəsizlik və iqtisadi arenasını yönləndirmək üçün mühüm bir alət qazanmaqdadır”.
Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın bu trayektoriyadan çıxa biləcəyi ehtimallarını da biz nəzərə almalıyıq: “Çünki Ermənistan hələ də Konstitusiyasını dəyişdirməyib və bununla da Ermənistan manevrlər etmək üçün müəyyən barmaq yerləri saxlamaqdadır. Ancaq Azərbaycan prosesi diqqətdə saxlayaraq Ermənistanın hər hansı bir revanşa meyillənməməsi üçün kifayət qədər ciddi resurs xərcləyərək diplomatik siyasi həmlələr göstərməkdədir. Prosesin bu formada davam edəcəyi təqdirdə "Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi yaxın illərdə imzalana bilər" deyə bilərik. Bununla belə hələki birbaşa müqavilə üçün indiki şəraitdə konyunktura formalaşmayıb. Ən azından buna görə də yaxın zamanlarda Azərbaycan-Ermənistan sülh müqaviləsi ilə bağlı çərçivə sazişi imzalanması gündəmə gələ bilər”.
Röya İsrafilova
16:29
2 569
10 Yanvar 21:27
1 876
10 Yanvar 17:11
1 722