İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
10 İyul 2025 19:38
3 108
Ukraynadan 30 uşaq Azərbaycana gətirilib.
Xalqcebhesi.az xəbər verir ki, Sosial Xidmətlər Agentliyi sədrinin müavini Zaur İbrahimov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycana gətirilən ukraynalı uşaqlar Bakıda təşkil olunmuş düşərgədə sosioloji reabilitasiyaya cəlb olunacaqlar. Onlar eyni zamanda, Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar və onlara peşəkar konsultasiya xidməti göstəriləcək.
Bu proqram 10 gün davam edəcək.
O bildirib ki, proqram çərçivəsində uşaqlar ölkəmizin müxtəlif bölgələrinə səfər edəcək: "Son illərdə müharibədən əziyyət çəkən 230-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək müxtəlif reabilitasiya proqramlarına cəlb olunub. Onların arasında valideynlərini itirən və müxtəlif travmalar yaşamış uşaqlar var".
25 Mart 17:31
1 302
25 Mart 15:12
1 365
25 Mart 15:01
1 295