Bakıda “Qərbi Azərbaycana Qayıdışın ideoloji əsaslarının möhkəmləndirilməsi” mövzusunda tədbir keçirilib Siyasət

Bakıda “Qərbi Azərbaycana Qayıdışın ideoloji əsaslarının möhkəmləndirilməsi” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 18 iyul 2025-ci il tarixində “Azərbaycan Tarix Qurumu” ictimai birliyi Bakı şəhərində Qərbi Azərbaycandan olan soydaşlarımızın və digər qonaqların iştirakı ilə seminar keçirmişdir. “Qərbi Azərbaycana Qayıdışın ideoloji əsaslarının möhkəmləndirilməsi” mövzusunda keçirilən tədbirdə layihə rəhbəri, t.e.d., professor Tofiq Mustafazadə, ekspert t.ü.f.d, dosent İradə Məmmədova, sosioloq Hüseyn İbrahimov, ekspert t.ü.f.d., dosent Mahir İbrahimov, o cümlədən, ictimai birliyin üzvü t.ü.f.d, dosent Cəbi Bəhramov, t.e.d., dosent İlqar Niftəliyev və digər iştirakçılar çıxış etmişlər. Tədbirdə qeyd edildi ki, ölkə başçımız cənab İlham Əliyevin Qərbi Azərbaycanlıların Qayıdışı konsepsiyasının reallaşması istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq bu sahədə vətəndaş cəmiyyətinin və xüsusi elmi fəaliyyəti olan təşkilatların rolunu gücləndirməyi zəruri edir. Bu tarixi Konsepsiya Qərbi Azərbaycana qayıdışın mühüm mərhələsi kimi diqqətə çatdırıldı. Hal-hazırda indiki Ermənistan ərazisində Qərbi azərbaycanlılara məxsus cox cüzi yer adları və mədəniyyət nümunəsi qalmışdır ki, bunları da ermənilər qonşu İran və diğər xalqların abidəsi kimi dünya ictimaiyyətinə təqdim edirlər. İndiki Ermənistanda xalqımıza məxsus 34 şəhərin və ona aid yüzlərlə kəndlərin adları dəyişdirilmişdir. Bu istiqamətdə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında vətandaş cəmiyyəti, media və elmi tədqiqat institutlarının birgə əlaqələndirilmiş fəaliyyətinə böyük ehtiyac var. Tədbirdə bu nəticəyə də gəlindi ki, belə sistemli tədbirlər metodu Qayıdış Konsepsiyasından irəli gələn prinsiplərin işlənilməsi və gerçəkləşməsini sürətləndirməlidir.