

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Azərbaycan-Somali əlaqələrinin intensiv şəkildə inkişafında müsbət dinamikanın olmasından məmnunuq.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, qarşılıqlı səfərlər çərçivəsində bir sıra sazişlər imzalanıb, həmin sazişlərin icrasına başlanması üçün ötən aylar ərzində bir çox qarşılıqlı səfərlər edilib: “Uzun illər ərzində bir sıra, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Somali qarşılıqlı maraqlar nəzərə alınır. Bir sıra beynəlxalq təşkilatlarda BMT, QŞ kimi platformalarda nümunəvi əməldaşlıq həyata keçiririk. Uzun illər ərzində Somali İƏT-də Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı yaradılan təmas qrupunun üzvü olub. Eyni zamanda, Azərbaycan da Somalinin ərazi bütövlüyünə və suverenliyinə dəstək verməkdədir”.
Ceyhun Bayramov diqqətə çatdırıb ki, Somali beynəlxalq aləmdə də çox fəal xarici siyasət həyata keçirir: “Somali ötən il rəqabətli şəkildə BMT TŞ-nin 2025-2026-cı illər üçün qeyri-daimi üzvü seçilib. Azərbaycan bu seçimlərdə Somaliyə dəstək verib”.