
Nyu-Meksiko universitetində atışma baş verib
25 İyul 18:00
Ötən gün Binəqədi rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar kitabının I cildinin təqdimat mərasimi keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov iştirak edib.
Həmçinin millət vəkili Kəmaləddin Qafarov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, millət vəkili Elşad Musayev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Zəngibasar rayon İcmasının sədri Mirfaiq Mirheydərli, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, millət vəkili Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurası sədrinin müavini, millət vəkili Səbinə Xasayeva, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, millət vəkili Günay Ağamalı, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul əməkdaşları, Qərbi Azərbaycan İcmasının Binəqədi rayonu üzrə nümayəndəliyinin üzvləri, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, ictimai birliklərin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Qərbi Azərbaycan İcması Binəqədi rayon nümayəndəliyinin ofisinin açılışında olublar.
Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət ediblər. Həmçinin Qərbi Azərbaycan irsinə həsr olunmuş foto və kitab sərgisi ilə tanış olublar.
Tədbirdə Ulu Öndərin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Sonra azərbaycanlıların öz doğma torpaqlarından deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasından olan sənədli videoçarx nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirib ki, XIX əsrin 30-cu illərindən etibarən kütləvi şəkildə köçürülərək tarixi Azərbaycan torpaqlarında, o cümlədən İrəvanda və ətraf bölgələrdə məskunlaşdırılan ermənilər müxtəlif vasitələrlə azərbaycanlı əhalinin məhvinə çalışıblar.
Ulu Öndər Qərbi Azərbaycan əhalisinin haqqında fikirlərini səsləndirib, onların dəyanətini, Azərbaycan sevgisini yüksək qiymətləndirib. Onun nitqlərində və çıxışlarında hər zaman bu gün aktual olan Vətənə qayıdış məsələsi əksini tapıb: “Ümummilli Liderimiz “mən buna inanıram, o yerlərin sahibləri – müsəlmanlar, azərbaycanlılar oraya qayıdacaqlar” söyləyirdi. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ideyaların layiqli davamçısı Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşü zamanı çıxışı xalqımızı bir daha ulu və qədim torpaqlarımız olan Qərbi Azərbaycana qayıdacağı günün yaxında olduğuna əmin edib. Xalqımız əmindir ki, möhtərəm Prezidentimizin qətiyyəti sayəsində tezliklə soydaşlarımızın əzəli Qərbi Azərbaycan torpaqlarına qayıdışı beynəlxalq müstəvidə öz tarixi və ədalətli həllini tapacaq”.
Kitab haqqında ətraflı məlumat verən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxışında qeyd edib ki, Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irs, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılır.
Bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma – “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasının birinci cildi nəşr edilib. Qərbi Azərbaycan ərazisində bir vaxtlar mövcud olmuş mədəniyyət nümunələrinin – məscidlərin, məktəblərin, körpülərin, qəbiristanlıqların və digər maddi-mədəni irs abidələrinin ermənilər tərəfindən dağıdılması bir xalqın tarixdən silinməsi məqsədi güdən vandalizmin bariz nümunəsidir. Lakin bu kitab vasitəsilə həmin abidələrin sənədləşdirilməsi, coğrafi yerləşməsinin, tarixi xüsusiyyətlərinin göstərilməsi onları yaddaşımızda yaşadır və gələcəkdə reallaşacaq qayıdışın ideoloji bazasını formalaşdırır.
Yekun nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qeyd edib ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıtmaları bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin əsas prioritet məsələlərin tərkib hissəsidir və şanlı zəfər qalibiyyətindən sonra bu tarixi prosesin təməli qoyulub.