

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərin strateji mərhələyə qədəm qoyması üçün yeni imkanlar yaranıb. Donald Trampın 2025-ci ildə yenidən ABŞ Prezidenti seçilməsindən sonra bu prespektivlər daha da güclənib”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.
Millət vəkil ibildirib ki, Vaşinqtonın əvvəlki administraisya dövründə zəifləyən və bir sıra hallarda gərginləşən münasibətləri strateji müstəviyə daxil etmək üçün artıq kifayət qədər geniş imkanlar vard: “Ötən ildən başlayaraq iki ölkə arasındakı iqtisadi və ticari əlaqələrin daha da dərinləşməsi müşahidə olunmaqdadır. Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi ötən il 2022-ci il ilə müqayəsidə 3 dəfədən çox artıb. 2022-ci ildə 570 milyon dollar olan ticarət dövriyyəmiz, 2023-cü ildə 904 milyon, ötən il isə 1 milyard 752 milyon dollar olub. Dövlətlər arasında əməkdaşlığın inkişaf edən dinamıkası ticarət və qarşılıqlı sərmayə qoyluşları sahəsində daha geniş imkanlar yaradacaq.
Bir müddət öncə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışını paylaşması və dövlət başçımızın buna görə təşəkkür etməsi iki ölkə arasında münasibətlərin inkişafına xüsusi töhvə verməkdədir. Bu cənab Əliyev tərəfindən Xankəndidə təşkil edilən forumda qaldırılan məsələlərə qlobal diqqət kimi xarakterizə olunmaqla yanaşı, həmçinin ikitərəfli münasibətlərdə yeni mərhələnin başlaması demək idi.
Bütün bunlar kontekstində, Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ştatlara səfəri yalnız ABŞ Azərbaycan münasibətləri deyil, bütövlükdə Amerika Cənubi Qafqaz əlaqələrində yeni səhifə açacaq”.