

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamədə “maneəsiz bağlantılar” məfhumu məxsusi olaraq məhz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında əlaqə kontekstində qiymətləndirilməlidir.
APA-nın diplomatik mənbədən əldə etdiyi xəbərə görə, Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir.
Burada da Azərbaycan tərəfinin prinsipial və ardıcıl mövqeyindən irəli gələrək, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas
hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantıların təmin edilməli olduğuna dair müddəa öz əksini tapır.
Sənəddə “maneəsiz bağlantılar” məfhumunun məxsusi olaraq məhz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında əlaqə kontekstində qeyd edilməsi xüsusilə vurğulanmalıdır.
Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında bağlantıların təmininə xüsusi yanaşma tətbiq edilməsi zərurətinə dair Azərbaycan tərəfinin prinsipial mövqeyinin Ermənistan tərəfindən qəbul edilməsinin təsdiqi kimi dəyərləndirilməlidir.
Sənəddə Ermənistan ərazisində Ermənistanın ABŞ və digər qarşılıqlı razılıq əsasında müəyyən ediləcək üçüncü tərəflər ilə əməkdaşlıq vasitəsilə xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit edilir. Bu, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və Naxçıvan MR arasında maneəsiz bağlantıların təmini məqsədini güdən və Ermənistan ərazisində ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.