
Rusiyanın düşmənçilik siyasəti: şovinist kampaniya davam edir
13 Avqust 23:45
13 Avqust 23:45
13 Avqust 23:07
13 Avqust 23:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Cenevrə kantonunun Parlamentinin bir sıra ermənipərəst üzvləri tərəfindən 5 noyabr 2024-cü il tarixində irəli sürülmüş “Dağlıq-Qarabağın ilhaqı və Azərbaycanın siyasi məhbuslarının azadlığa buraxılması” adlı 24.321 saylı qətnamə layihəsi Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyi tərəfindən aparılmış iş nəticəsində 11 avqust 2025-ci il tarixində İsveçrə Parlamentinin yuxarı palatası olan Kantonlar Şurasının Xarici Əlaqələr Komitəsi tərəfindən rədd edilib.
Bu barədə APA-ya səfirlikdən bildirilib.
Qeyd edilib ki, bununla yanaşı sözügedən Komitənin vitse-prezidenti, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Karlo Sommaruga tərəfindən irəli sürülmüş və yalnız “məhbuslara” və “erməni mədəni irsinin mühafizəsinə” istinad edən yeni qərar layihəsi də 5 əleyhinə, 4 lehinə, 3 bitərəf olmaqla həmçinin gündəlikdən çıxarılıb.
Qeyd edək ki, İsveçrə Parlamentinin yuxarı palatasının Xarici Əlaqələr Komitəsinin mətbuat məlumatında Cenevrə kantonal parlamentinin məlum təxribat xatakterli təşəbbüsünün birtərəfli və yalnız Azərbaycan tərəfinə tələblər sürdüyü bildirilib və belə yanaşmaya etiraz ifadə olunub.
İsveçrə Parlamentinin sözügedən qərarı bir daha radikal erməni qrupları tərəfindən dəstəklənən parlamentarilərin uğursuzluğunu nümayiş etdirib.