İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
26 Avqust 2025 17:51
2 275
Strateji Dialoq çərçivəsində çox məhsuldar müzakirələr apardıq və məmnuniyyətlə bildirirəm ki, biz bu dialoqu strateji tərəfdaşlığa kimi yüksəltməyi təklif edirik.
Bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Douti APA-ya müsahibəsində deyib.
“Beləliklə, biz münasibətlərimizi bir çox sahədə daha da dərinləşdiririk. Biz artıq bu münasibətlərin müxtəlif sahələrində əldə etdiyimiz irəliləyişləri müzakirə etdik, lakin hamımız razılaşdıq ki, birgə daha çox iş görə bilərik. Dediyim kimi, bu, təhsil, enerji, infrastruktur, siyasi, hətta müdafiə və təhlükəsizlik sahələrində ola bilər. Bölgədə baş verənləri, Şimal və Cənubdakı çağırışları və əlbəttə ki, Avropanın təhlükəsizliyi və sabitliyinin əhəmiyyətini nəzərə alaraq, Böyük Britaniya ilə Azərbaycanın etibarlı dostlar və tərəfdaşlar kimi birgə çalışması çox vacibdir”, - dövlət naziri qeyd edib.
25 Mart 17:31
1 309
25 Mart 15:12
1 386
25 Mart 15:01
1 309