
Su qıtlığı problemi: Azərbaycanda təhlükə varmı?
27 Avqust 23:45
27 Avqust 23:45
27 Avqust 23:33
27 Avqust 23:09
27 Avqust 23:07
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı davam edən informasiya kampaniyasına dair açıqlama yayıb.
Parlamentdən verilən məlumata görə, Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası 2025-ci il 6 avqust tarixli açıqlamasının davamı olaraq bildirir ki, “Facebook” sosial media və sosial şəbəkə platformasının Azərbaycan seqmentində qonşu dövlətlərdən birinin ərazisindən ölkəmizə qarşı aparılan informasiya kampaniyası avqust ayı ərzində davam edib.
Dezinformativ xarakterli və təxribatçı fikirləri əks etdirən kampaniya vahid mərkəzdən idarə olunmaqla yeni yaradılmış “Caspian Xəbər”, “Caspian Times”, “İşıq Media”, “Pro Eminent Guild”, “Next Azerbaijan” və sair bu kimi səhifələr vasitəsilə həyata keçirilib.
Qeyd edilib ki, geosiyasi hədəflərə nail olmaq məqsədilə Azərbaycan Respublikasının informasiya məkanına edilən bu cür müdaxilə cəhdlərinin qarşısı aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyət nəticəsində müvəffəqiyyətlə alınır.
Eyni zamanda, bildirilib ki, “Meta” şirkətinə edilən müraciətlər nəticəsində Azərbaycana qarşı fəaliyyət göstərən səhifələrin hamısı ləğv etdirilib.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı diqqətli olmağa, saxta informasiyalara inanmamağa çağırır, bənzər sosial media səhifələri ilə rastlaşdıqda bu barədə Milli Məclisin [email protected] elektron poçt ünvanına məlumat verməyi xahiş edir.