İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
31 Avqust 2025 19:05
2 604
Bişkek şəhərinin yaxınlığında yerləşən yerli azərbaycanlıların da yaşadığı Lenin kəndində Qırğızıstanın Müstəqillik Günü qeyd olunub.
APA xəbər verir ki, bayram tədbirində konsert proqramı ilə yanaşı, qırğız, rus və Azərbaycan mətbəxinə aid yeməklərin təqdim olunduğu stendlər nümayiş edilib.
Tədbir çərçivəsində Qırğızıstan azərbaycanlılarının “Birlik” təşkilatı tərəfindən Azərbaycanın milli yeməkləri və geyimləri nümayiş etdirilib.
Qeyd edək ki, rəsmi məlumatlara görə, hazırda Qırğızıstanda 20 mindən çox azərbaycanlı yaşayır. Onların böyük hissəsi repressiya dövründə Qırğızıstan və Qazaxıstana sürgün edilən azərbaycanlıların nəsilləridir.
25 Mart 17:31
1 309
25 Mart 15:12
1 386
25 Mart 15:01
1 309




