İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
1 Sentyabr 2025 10:37
2 975
“Prezident İlham Əliyev Çin Xalq Respublikasına səfəri zamanı “ŞƏT plyus” formatında Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə təntənəli tədbirlərdə və hərbi paradlarda iştirak edib. Xüsusilə qeyd etməliyik ki, Çin və Azərbaycan arasında strateji tərəfdaşlıq artıq hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdırılıb və münasibətlərin daha da inkişaf etdirilməsi üçün əla zəmin var. Bu potensialın daha da artırılması üçün biz hər iki tərəfdən səylərin günü-gündən artırıldığına şahidlik edirik. Məhz cənab Prezident İlham Əliyev ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında baş tutan görüş zamanı Çin liderinin Azərbaycan Prezidentinə “Mənim əziz dostum” deyərək müraciət etməsi də onu deməyə imkan verir ki, liderlər arasında da şəxsi dostluq münasibətləri mövcuddur və bu münasibətlərin yüksək səviyyədə olması nəticə etibarı ilə ölkələrimiz və xalqlarımız arasında da yaxınlaşmanı şərtləndirməkdədir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib.
N.Həmzəyev vurğulayıb ki, Azərbaycan və Çin qarşılıqlı olaraq hər iki ölkənin ərazi bütövlüyünü dəstəkləyiblər və bu gün də həm Azərbaycan Çinin ərazi bütövlüyünü dəstəkləyir, eyni zamanda, Çin də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, Azərbaycanın əldə etdiyi uğurları da yaxından izləyir və Azərbaycan-Ermənistan arasında münasibətlərdəki normallaşmanı da alqışlamaqdadır: “Bununla yanaşı, hazırda Orta Dəhlizin inkişaf etdirilməsi və Orta Dəhliz üzrə yükdaşımaların həcminin artırılması üçün də həm Çin, həm də Azərbaycanın maraqları kəsişməkdədir. Xüsusilə qeyd etməliyik ki, Azərbaycan uzun illər məhz öz ərazisində nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və yükdaşımaların həcminin artırılması üçün meqalayihələrin reallaşdırılmasını həyata keçirə bilib. Bununla yanaşı, Orta Dəhlizin əsas komponentlərindən biri olan əsasən Azərbaycandan keçən bu yolların daha da şaxələndirilməsi üçün Azərbaycanın maraqlarına xidmət edən Zəngəzur Dəhlizinin işə düşməsi layihəsini də Çin ilk gündən dəstəkləyib. Baş tutan qarşılıqlı səfərlər və əldə edilən razılıqlar məhz bu layihənin tezliklə reallaşması üçün əla bir zəmin yaradacaq”.
Röya İsrafilova
25 Mart 17:31
1 302
25 Mart 15:12
1 379
25 Mart 15:01
1 295