İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
1 Sentyabr 2025 16:47
2 331
“Hazırda Azərbaycan və Ermənistan arasında tammiqyaslı normallaşma üçün yeni imkanların açıldığı çox vacib bir dövrdən keçirik”.
APA xəbər verir ki, bu fikirləri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Naxçıvana səfəri barədə danışarkən bildirib.
Onun sözlərinə görə, yolların açılması və əməkdaşlığın qurulması bütün regionun rifahı üçün böyük əhəmiyyət daşıyır.
Xüsusi nümayəndə deyib ki, o, Avropa İttifaqı adından regional əməkdaşlıq və normallaşma səylərinin bütün aspektlərini dəstəkləmək mandatına malikdir: “Biz tərəfdaş kimi həm Azərbaycana, həm də Ermənistana regional əlaqələrin qurulması, nəqliyyat dəhlizləri və digər sahələrdə dəstək veririk və əməkdaşlığı davam etdirməyə hazırıq”.
25 Mart 17:31
1 309
25 Mart 15:12
1 386
25 Mart 15:01
1 309