İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
8 Sentyabr 2025 11:17
2 163
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi ilə görüşüb.
APA xəbər verir ki, bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib.
Görüşdə hər iki ölkənin xalqlarının ortaq tarixi, mənəvi və mədəni bağlılığının əlaqələrin möhkəmləməsinə verdiyi töhfə vurğulanaraq mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın önəmi qeyd olunub.
Qarşılıqlı olaraq mədəniyyət günlərinin hər iki ölkənin paytaxt və regionlarında keçirilməsi, müştərək sərgilərin, konfransların, səfərlərin təşkil olunması, dini, tarixi -mədəni abidələrinin qorunması və digər müştərək layihələrin icrası istiqamətində fikir mübadiləsi aparılıb.
25 Mart 17:31
1 309
25 Mart 15:12
1 386
25 Mart 15:01
1 309