Azərbaycan və İsrail arasında dini sahədə əməkdaşlığın inkişafı müzakirə olunub Siyasət

Azərbaycan və İsrail arasında dini sahədə əməkdaşlığın inkişafı müzakirə olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 8-də İsrailin Azərbaycanda yeni təyin olunmuş səfiri Ronen Krausz ilə görüşüb.

Bu barəвҝ dövlət qurumundan məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə İsrail arasında mövcud dostluq münasibətlərinin önəminə toxunulub, xüsusilə dini və mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Ramin Məmmədov Azərbaycanda müxtəlif dinlərə mənsub icmaların sülh və qarşılıqlı hörmət şəraitində fəaliyyət göstərdiyini vurğulayıb.

Ronen Krausz Azərbaycanda yəhudi icmasının ənənələrinə göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib. O, Azərbaycanda mövcud olan dini tolerantlıq mühitini yüksək qiymətləndirib və bu sahədə təcrübə mübadiləsinin vacibliyini qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb və əməkdaşlıq imkanları müzakirə edilib.