“Azərbaycanın tələbləri mütləq yerinə yetiriləcək” Siyasət

“Azərbaycanın tələbləri mütləq yerinə yetiriləcək”

“Ermənistan ərazisində inşa işləri bitdikdən sonra Zəngəzur dəhlizi layihəsinin işləməsi üçün Azərbaycan ərazisindən olan xəttə birləşməsi vacibdir”.

Bu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib.

Deputat bildirib ki, yəni Azərbaycanın bu prosesdə iştirakı olmadan bu layihənin heç bir mənası yoxdur: “Bu baxımdan da Azərbaycanın istəkləri nədirsə, o, nəzərə alınacaq. Azərbaycanın tələbləri mütləq yerinə yetiriləcək. Digər məsələlər isə təbii ki, biznes maraqları nəzərə alınmaqla reallaşdırılacaq. İstənilən halda bunun regionumuz üçün uzunmüddətli və dayanıqlı iqtisadi inkişafa töhfə verə biləcək bir layihə olacağını düşünürəm”.

Röya İsrafilova