Milli Məclislə ABŞ Konqresi arasında əlaqələrin genişlənməsi üçün tədbirlər payız sessiyasında keçiriləcək Siyasət

Milli Məclislə ABŞ Konqresi arasında əlaqələrin genişlənməsi üçün tədbirlər payız sessiyasında keçiriləcək

"Heç təsadüfi deyil ki, bu gün Prezidentin köməkçisi Hikmət Hacıyev ABŞ-da çox mühüm görüşlər keçirir”.

APA xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Səməd Seyidov deyib.

Komitə sədri bildirib ki, ABŞ-la parlamentlərarası əlaqələrin inkişaf edəcəyinə ümid edir: “Bunun üçün Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında əlaqələrin genişlənməsi üçün müxtəlif tədbirlər payız sessiyasında keçiriləcək. Bu gün Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ yaşayır”.