İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
15 Sentyabr 2025 08:45
2 849
Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya–Ukrayna müharibəsinə Çinin təsiri ilə bağlı verdiyi açıqlama sözün əsl mənasında bugünkü reallığı əks etdirir.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.
"Hələ bir müddət əvvəl qeyd etmişdim ki, Rusiyanın Ukraynada apardığı müharibə artıq ABŞ–Rusiya müharibəsi deyil, ABŞ - Çin müharibəsinə çevrilib. Və bu gün müharibənin dayanmamasının ən əsas şərtlərindən biri Çinin Rusiyaya təsiridir və Çinin bu müharibədən doğan maraqlarıdır. Qənaət budur ki, davam edən Rusiya–Ukrayna müharibəsi Rusiyanı Çinin həm iqtisadi, həm də hərbi cəhətdən tamamilə asılı vəziyyətə salır" - deyib politoloq.
V.Dadaşovun fikrincə, əgər ABŞ bu müharibədən ancaq iqtisadi gəlir əldə edirsə, Çin həm iqtisadi, həm də ən əsası strateji milli və dövlət maraqlarının təmininə, daha dəqiqi Çinin Rusiyanı həzm etməsinə (udmasına), mənimsəməsinə şərait yaradır: "Ona görə də Rusiya–Ukrayna müharibəsinin dayandırılmasında Amerikanın, xüsusən də Donald Trumpın göstərdiyi səylər nəticə vermir. Müharibə davam etdikcə Rusiya Çindən daha da asılı vəziyyətə düşür".
Cavid
25 Mart 18:25
1 386
25 Mart 15:09
1 344
25 Mart 13:50
1 953