İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
14 Sentyabr 2025 20:37
2 212
İndoneziyada 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsi Sumatra adasının sahillərində qeydə alınıb.
Belə ki, zəlzələnin episentri Benkulu şəhərindən 176 kilometr şimal-qərbdə, ocağı isə 67 km dərinlikdə olub.
Dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.