

TDT dövlətlərinin tranzit imkanlarının əhəmiyyəti artır.
APA xəbər verir ki, bu fikri Özbəkistan Prezidentinin yanında Strateji və Regional Araşdırmalar İnstitutunun direktor müavini Şafoat Nurullayeva “Qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı regional aktyor kimi” mövzusuna həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, TDT ölkələrinin ərazidindən daşınsn yuklərin həcmi son statistikaya əsasən 6 dəfə artaraq 4 milyon tona çatıb.
TDT ölkələri arasında iqtisadi inteqrasiya prosesi getdikcə intensivləşdiyini qeyd edən Nurullayeva bildirib ki, bu ölkələrin ümumi daxili məhsulunun həcmi hazırda 2,1 trilyon dollar təşkil edir ki, bu da qlobal ÜDM-in 2 faizini təşkil edir.
"TDT ölkələrinin xarici ticarət dövriyyəsi 2024-2025-vi ilkər arasi 45 milyard dollar olub, halbuki 2021-2022-ci illərdə bu rəqəm 31 milyard dollar təşkil edirdi",- Nurullayeva qeyd edib.
Nurullayev həmçinin Özbəkistanın cari ilin noyabrında TDT-yə üzv ölkələrin beynəlxalq forumunu keçirmək niyyətində olduğunu vurğulayıb.