İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
9 Oktyabr 2025 11:39
2 121
Moldovada keçirilən prezident və parlament seçkiləri kiber təhdidlərə qarşı dayanıqlığın necə vacib olmasını bariz göstərdi.
Bunu Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində deyib.
Moldovada keçirilən seçkilərdə kiber təhdidlərlə üzləşdiklərini bildirən səfir yalnız müxtəlif qurumların birgə fəaliyyəti və sıx əməkdaşlığı sayəsində bu təhdidlərin qarşısını almağın mümkün olduğunu qeyd edib.
Kiber təhlükəsizliyin hər dövlətin milli təhlükəsizlik strategiyasının tərkib hissəsi olmasını vacib sayan Esaluenko bu sahədə dövlətlər arası əməkdaşlığın və təcrübə mübadiləsinin faydasını vurğulayıb.
"Azərbaycanın kibertəhlükəsizliyin təmin olunmasında qazandığı zəngin təcrübədən yaralanmaqda maraqlıyıq", - səfir əlavə edib.
25 Mart 17:31
1 309
25 Mart 15:12
1 386
25 Mart 15:01
1 309