

Fərid Şəfiyev: Mərkəzi Asiya ilə əməkdaşlıq "6" formatında davam etdirilməlidir
“İki qonşu və dost ölkə arasında nifaq salmağa çalışanlar arzularına çatmadılar”
Türkmənistan səfiri: Füzulidə məscidin inşası Qarabağın Azərbaycana məxsus olmasının sübutudur
CNN: ABŞ ordusu üçün şatdaun fonunda konfransa getmək üçün 1 milyon dollar ayrılacaq
Sülhün bərqərar olması münasibətilə yalnız Ermənistan və Azərbaycanı deyil, MDB-nin bütün üzv dövlətlərini təbrik edirəm.
APA xəbər verir ki, bunu Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Çıxışı zamanı Baş nazir həmkarlarını Vaşinqton prosesinin detalları ilə tanış edib və həmçinin Azərbaycanla sülhün əldə olunmasına göstərdikləri dəstəyə görə MDB liderlərinə təşəkkür edib.
“Bu hadisə artıq reallıqdır və bu münasibətlə hamımızı təbrik edirəm. Eyni zamanda bütün bu müddət ərzində verdiyiniz dəstəyə görə sizə minnətdarlığımı bildirirəm”, – o vurğulayıb.
Nikol Paşinyan yaxın gələcəkdə Azərbaycanla sülh sazişinin imzalanacağına ümid etdiyini deyib. Onun sözlərinə görə, bundan sonra tərəfləri iqtisadi, siyasi, mədəni əlaqələrin qurulması və humanitar məsələlərin həlli gözləyir.