ABŞ dövlət katibinin müavini bu həftə Azərbaycana səfər edəcək
Komitə sədri: Qarabağda 4 şəhərin baş planının təsdiq olunması yekunlaşmaq üzrədir
Azərbaycan bu il 21 ölkəyə 20 mln. tondan artıq neft ixrac edib - SİYAHI
Anar Quliyev: Azərbaycan uzun müddətdir ki, şəhərsalma sahəsində ciddi islahatlar həyata keçirir
10 Oktyabr 18:46
2 408
Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq "5+1" formatı yerinə, "6" formatı şəklində davam etdirilməlidir.
APA-xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Türkmənistanın Azərbaycana hədiyyəsi olan məscidin Füzuli şəhərində təməlqoyma mərasimi münasibətilə keçirilən brifinqdə deyib.
Fərid Şəfiyev Azərbaycanın artıq Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı "5+1" formatı yerinə, "6" formatı şəklində davam etdirməyin vaxtının çatdığını qeyd edib.
Türkmənistanın bir gün Türk Dövlətləri Təşkilatının da üzvü olacağına ümid etdiyini bildirən BMTM sədri rəsmi Aşqabadın neytrallıq statusunun beynəlxalq platformalar çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə mane olmayacağını vurğulayıb.
“Ümid edirəm ki, Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq həm də beynəlxalq platformalar çərçivəsində inkişaf edəcək”, - Fərid Şəfiyev bildirib.