İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
10 Oktyabr 2025 19:30
2 891
Azərbaycan Prezidenti İlham Əliyevin cəmi son on gündə üç sammitdə iştirakı ölkənin dəyişən geosiyasi identikliklərindən irəli gələn çoxölçülü və çoxregional xarici siyasətinin təzahürüdür.
APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də bildirib.
"Yalnız oktyabrın birinci ongünlüyündə Prezident İlham Əliyev üç müxtəlif coğrafiyada və formatda üç müxtəlif sammitdə iştirak etdi.
• 1–2 oktyabr – EPC, Kopenhagen. Aİ və digər tərəfdaş Avropa ölkələri ilə görüşlər və müzakirələr.
• 6-7 oktyabr – Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısı. Türk Dünyasının həmrəyliyi və birliyi.
• 9–10 oktyabr – Düşənbədə MDB Zirvə toplantısı", - paylaşımda vurğulanıb.
Hikmət Hacıyev qeyd edib ki, bu intensiv diplomatik fəaliyyət Azərbaycanın müxtəlif istiqamətlərdə tərəfdaşlığa, dialoqa və regional əməkdaşlığa əsaslanan xarici siyasət kursunun bariz nümunəsidir.
25 Mart 17:31
1 302
25 Mart 15:12
1 379
25 Mart 15:01
1 295