

Azərbaycanın bu günkü toplantıya dəvət olunması dövlətimizin beynəlxalq nüfuzunun göstəricisidir. Son dövrlərdə dünyada barış nümunəsi göstərən Azərbaycan və Ermənistanın burada dəvət alması simvolik olaraq bir barış masasının qurulmasına işarədir.
Bunu "Xalq cəbhəsi"nə açıqlaması zamanı politoloq Əli Mustafa bildirib.
O qeyd edib ki, yaxın zamanlarda həyata keçirilən Azərbaycan-Ermənistan barışı bu sammitdə yaxşı nümunə kimi önə çəkilir: “Azərbaycan həm İsraillə, həm Türkiyə ilə möhkəm dostluq və strateji tərəfdaşlığa malikdir. Bu baxımdan, ölkəmiz barış gücü kimi də xarakterizə oluna bilər. Dəvətin Misir və ABŞ prezidentləri tərəfindən reallaşdırılması həm də bu dövlətlərin Azərbaycana olan xoş münasibətinin göstəricisidir. Sammit yaxın Şərqdə baş verən münaqişələrin həllinə yönəlir və bölgə dövlətlərinin əksəriyyəti ora dəvət olunub. Azərbaycan üçün bu dəvət beynəlxalq nüfuzun təzahürüdür”.
Günel Elxan