Baş nazirin müavini: Azərbaycan həm Rusiya, həm də İranla mehriban qonşuluq siyasəti həyata keçirir Siyasət

Baş nazirin müavini: Azərbaycan həm Rusiya, həm də İranla mehriban qonşuluq siyasəti həyata keçirir

"Azərbaycan Respublikası, həm İran, həm də Rusiya ilə quru sərhədinə malik yeganə ölkədir".

APA-nın İrana ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Baş nazirin müavini Şahin Mustafayev bildirib.

“Bu coğrafi mövqe Azərbaycana həm Rusiya, həm də İranla ədaqələri inkişaf etdirməyə imkan verir. Azərbaycan, həm Rusiya Federasiyası, həm də İran İslam Respublikası ilə mehriban qonşuluq siyasəti həyata keçirir. Bu əlaqələr çoxşaxəli və genişdir”, – Baş nazirin müavini bildirib.