

“Azərbaycanın beynəlxalq aləmdə mövqeyi kifayət qədər güclüdür və ölkəmizin həm ABŞ, həm İsrail, həm də ərəb dövlətləri ilə yaxşı münasibətləri var. Qəzza bölgəsində Azərbaycanın sülhməramlı kimi iştirakı məqsədəuyğundur və belə də olacaq”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə söyləyib.
Politoloq əlavə edib ki, böyük ehtimalla Azərbaycan sülhməramlılarının orada iştirakından sonra Azərbaycan ABŞ tərəfindən dəstəklənən və təklif olunan, 2020-ci ildə başlanan İbrahim sövdələşməsinə qoşulacaq: “Reallıq bundan ibarətdir ki, Azərbaycanın həm Yaxın Şərqdə, həm beynəlxalq aləmdə nüfuzu təmizdir, güclüdür. Ona görə də bu gözlənti doğrudur. Təklif də qəbul olunacaq. Çünki təklifin arxasında ABŞ dayanır və hazırda da Azərbaycan-ABŞ münasibətləri strateji müttəfiqlik səviyyəsində inkişaf edir”.
Röya İsrafilova