3 Noyabr 17:38
1 190
“Ermənistan seçkilərlə bağlı həm daxili, həm xarici auditoriya üçün ikili siyasət aparır. Bir tərəfdən sülh danışıqlarında konstruktiv mövqe görüntüsü yaradır, digər tərəfdən də Avropanın bir sıra ölkələri, eyni zamanda, Fransa ilə hərbi potensialını artırır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Deputat əlavə edib ki, bu, Rusiyaya qarşı olan addımlardan biridir: “Bu, regionda sülhün və sabitliyin bərqərar olunmasına deyil, əksinə, gərginliyin yenidən artmasına xidmət edə bilər. Buna görə də 274 milyon avroluq silah müqaviləsinin imzalanması, Fransa müdafiə missiyasının yaradılması bir neçə mühüm məqamları ortaya qoyur. Birincisi, Ermənistan sülh prosesində pozitiv ritorika nümayiş etdirməsinə baxmayaraq səmimiliyinə kölgə salır və əgər sülh prioritet istiqamətdirsə, xarici hərbi qüvvələrlə əməkdaşlığın dərinləşməsi, ümumiyyətlə, ziddiyyət yaradan bir məqamdır, Ermənistanın regionda yeni təhlükəsizlik risklərinin yaranmasına səbəb ola biləcək addımlardır”.
A.Nağıyevin sözlərinə görə, digər məsələ, artıq postmüharibə reallığında formalaşmış təhlükəsizlik məsələsidir: “Ermənistan burada çalışır ki, silahlanma addımları sülh danışıqlarını uzatsın. Etimadsızlıq mühiti dərinləşdirə bilər. Bir daha qeyd edirəm bunlar daxili auditoriya üçün bir sıra addımlardır. Tənəzzülə uğramış iqtisadiyyat, eyni zamanda, darmadağın olunmuş ordu burada hansı məsələlərdən söhbət gedə bilər? Bir məsələ də var, Parisin illərlə olan antiazərbaycan ritorikası artıq ləğv olmaq üzrədir. Fransa sülh və müdafiə bəhanəsi altında regionda güc balansını qorumağa çalışır. Burada da əsas məqsəd Rusiyanı sıxışdırmaq, regionda nüfuzunu azaltmaqdır”.
Röya İsrafilova
3 Noyabr 22:02
791
3 Noyabr 20:38
924
3 Noyabr 18:14
1 155