Səudiyyə Ərəbistanı klubu Məhəmməd Salaha illik 120 milyon funt sterlinq məvacib təklif edib
Buxarestdə Fuad İbrahimovun dirijorluğu ilə möhtəşəm konsertlər təşkil olunub
Almaniyanın Köln şəhərində Azərbaycan Milli Hökumətinin 80 illiyi qeyd ediləcək
Vaşinqtonda Azərbaycan-ABŞ enerji əməkdaşlığının perspektivləri müzakirə olunub
14 Noyabr 16:27
2 002
Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh razılaşmasını alqışlayır.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi görüşdə deyib.
O, iki ölkənin yaxın gələcəkdə sülh sazişini imzalayacağına ümidvar olduğunu bildirib.
Kavelaşvilinin sözlərinə görə, saziş Cənubi Qafqazda pozitiv inkişaf dinamikasını və regionun cəlbediciliyini keyfiyyətcə yeni səviyyəyə yüksəldəcək.
Prezident qeyd edib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasını dəstəkləyir və prosesə öz töhfəsini verməyə hazırdır.
12:35
273
11:56
476
11:30
602