Fərhad Məmmədov: Trampın prezident seçilməsi ilə Azərbaycan-ABŞ münasibətləri praqmatik mərhələyə keçdi Siyasət

Fərhad Məmmədov: Trampın prezident seçilməsi ilə Azərbaycan-ABŞ münasibətləri praqmatik mərhələyə keçdi

"Donald Trampın prezident seçilməsi Azərbaycan-ABŞ münasibətlərinin praqmatik və nəticələrə əsaslanan bir mərhələyə keçməsinə şərait yaratdı".

APA xəbər verir ki, bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin sədri Fərhad Məmmədov Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumundakı çıxışında deyib.

“Bayden-Blinken administrasiyası Cənubi Qafqazla bağlı faktlara yox, ideologiyalara və erməni lobbisinin təlqininə əsaslanan siyasət yürüdürdü. Bu administrasiya Azərbaycanın legitim tələblərini başa düşmürdü. Bayden Qarabağ məsələsinə aktiv yanaşma nümayiş etdirməkdənsə, işləri Blinkenə həvalə edirdi. Blinken isə qeyri-effektiv fəaliyyət göstərirdi və onun işlərinin heç bir konkret nəticəsi olmurdu. O, Azərbaycana qarşı ilkin şərtlər belə irəli sürürdü. Əslində, Bayden administrasiyanın yürütdüyü siyasət Ermənistanın Rusiyadan asılılığını daha da artırdı. Bu da ABŞ-ın xeyrinə deyildi”, - Fərhad Məmmədov bildirib.