İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
19 Noyabr 2025 16:41
2 233
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerlə görüşüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X”də bildirib.
Hikmət Hacıyev Dövlət katibinin siyasi məsələlər üzrə müavini Allison Huker başda olmaqla ABŞ nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu ifadə edib.
“Bizim müzakirələrimiz Ermənistan–Azərbaycan münasibətlərinin sülh yolu ilə nizamlanması gündəminin təbliği və əlaqələrin qurulması üzrə regional təşəbbüslərin həyata keçirilməsi də daxil olmaqla, bir çox məsələləri əhatə edib. Biz həmçinin əsas regional və qlobal hadisələr barədə fikir mübadiləsi apardıq, Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq ruhunu təsdiq etdik”, - Prezidentin köməkçisi qeyd edib.
25 Mart 17:31
1 302
25 Mart 15:12
1 379
25 Mart 15:01
1 295