13:22
714
“ABŞ-nin sülh prosesinə qoşulması çox ciddi təminatdır. Bu, Azərbaycan-Ermənistan arasında sülhün dönməzliyinin təminatıdır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.
Politoloqun sözlərinə görə, digər tərəfdən ABŞ-nin Cənubi Qafqazda çəkisinin artması və Rusiyanın müəyyən qədər bölgədən çıxarılması deməkdir ki, təhlükəsizlik baxımından bu, həm Azərbaycan üçün, həm də Ermənistan üçün mühüm əhəmiyyətə malikdir: “Nəhayət, bu, Zəngəzur dəhlizinin açılması prosesinin sürətləndirilməsində çox vacib bir amildir. Bölgə üçün, bütövlükdə, dünya üçün mühüm əhəmiyyətə malik olan bir dəhlizin açılması Azərbaycanın nüfuzunun artmasına, Ermənistanın və Azərbaycanın tranzit gəlirlərinin çoxalmasına, bölgənin əməkdaşlıq və sülh bölgəsinə çevrilməsinə xidmət edəcək”.
Röya İsrafilova