İran rəsmisi: D-8 üzv ölkələrinin mediası vahid informasiya platformasında birləşməlidir
Paytaxtın daha üç rayonunda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi
Çin Ukraynadakı münaqişə tərəflərinə heç vaxt silah verməyib
Türkiyə XİN Yunanıstanın dəniz səlahiyyət zonalarını pozan xəritəsinə etiraz edib
11:41
273
D8 təşkilatinin üzv ölkələrinin mediası vahid cəbhədə çıxış etməlidirlər.
APA xəbər verir ki, bunu D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən Media forumunda çıxışı zamanı İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözcünun müavini və Xarici Media Baş Direktoru Əlirza Miryusefi Əval bildirib.
"Jurnalistlərimiz, redaktorlarımız və tədqiqatçılarımız arasında birbaşa və vasitəsiz əlaqələr bu məqsədə xidmət edə bilər", o qeyd edib.
İran təmsilçisi üzv ölkələrin media icması daxilində əməkdaşlığı artırmaq üçün Media qurumları arasında peşəkar mübadilələr, o cümlədən qısamüddətli səfərlər, daimi media nümayəndəliklərinin açılması və birgə məzmun istehsalının təmin edilməsini təklif etdi.
"Bu təşəbbüslər böyük maliyyə tələb etmir; əksinə, xalqlarımızın və qurumlarımızın mövcud imkanlarına və ortaq iradəsinə əsaslanır.
Bu addımları ardıcıl şəkildə atsaq, təkcə regionda informasiya keyfiyyətini artırmaz, həm də üzv dövlətlərin qlobal görütülüyünü həm öz cəmiyyətlərimizdə, həm də beynəlxalq arenada gücləndirmiş olarıq", - o qeyd edib.
11:24
441
11:06
686
10:59
574