12:41
371
Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində (MGIMO) "Dəyişən Beynəlxalq Münasibətlər Arxitekturasında Rusiya-Azərbaycan Əməkdaşlığı" mövzusunda dəyirmi masa keçirilib.
APA-nın Moskva bürosu xəbər verir ki, tədbir MGIMO Azərbaycan Klubunun təşəbbüsü və Universitetin Rektorluğunun dəstəyi ilə təşkil edilib.
Dəyirmi masada MGIMO rektoru professor Anatoli Torkunov, səfir Rəhman Mustafayev, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri, universitetin müəllim və professor heyəti, Rusiya ekspert icmasının nümayəndələri və MGIMO-da təhsil alan Azərbaycan tələbələri iştirak etdilər.
Tədbiri rektor A. Torkunov açaraq MGIMO-nun bir sıra Azərbaycan universitetləri ilə uğurlu əməkdaşlığından danışıb. O, xüsusilə qeyd edib ki, mövcud ikitərəfli proqramlarla yanaşı, nəqliyyat və logistika sektorunda mütəxəssislərin hazırlanmasında birgə təhsil proqramının həyata keçirilməsi imkanları getdikcə daha da aktuallaşır. Rektor həmçinin Azərbaycan tələbələrinin universitetin akademik və ictimai həyatında fəal iştirakını yüksək qiymətləndirib.
Səfir R.Mustafayev çıxışında dəyirmi masa iştirakçılarını Azərbaycanın hazırkı daxili və xarici siyasətinin prioritet istiqamətləri barədə məlumatlandırıb. Xüsusilə, o, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi proqramı və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması prosesi barədə danışıb.
Səfir həmçinin Ermənistan və Azərbaycan arasında normallaşma prosesi, o cümlədən görülən etimadın artırılması tədbirləri barədə ətraflı məlumat verib. Xəzər beşliyi, "3+3", "Mərkəzi Asiya + Azərbaycan" və Türk Dövlətləri Təşkilatı çərçivəsində qonşu dövlətlərlə regional əməkdaşlığın dərinləşdirilməsinin Azərbaycanın xarici siyasətində prioritet olduğu vurğulayıb.
Azərbaycan-Rusiya müttəfiqlik münasibətlərinin dinamikasından danışan səfir qeyd edib ki, onlar zamanın sınağından və ötən ilin dekabr ayında AZAL sərnişin təyyarəsinin vurulması ilə bağlı böhrandan keçib.
Səfir əlavə edib ki, bu il oktyabrın 9-da Azərbaycan və Rusiya liderlərinin Düşənbə görüşü ikitərəfli münasibətlərin normallaşdırılmasında ilk mühüm addım olub.
Dəyirmi masada Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələrinin, MGIMO-nun müəllim heyətinin və rusiyalı siyasi ekspertlərin çıxışları olub, eləcə də Azərbaycan-Rusiya gündəliyi ilə bağlı məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Tədbir sual-cavab sessiyası ilə başa çatıb.
12:58
308
12:51
693
11:31
602





