13:17
483
Azərbaycan seysmoloqlarının 6 fevral zəlzələsindən sonra Kahramanmaraşda apardığı araşdırmanın nəticələri üzərində birgə elmi tədqiqatlar aparılır, gələcəkdə də birgə araşdırmalar həyata keçiriləcək.
Bunu APA-nın Ankaraya ezam olunmuş əməkdaşına açıqlamasında Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) rəhbəri Əli Həmzə Pəhlivan bildirib.
“Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin Zəlzələ və risk azaltma Baş İdarəsi var, Avropada ən böyük seysmik stansiya şəbəkəsinə sahibik. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə birlikdə çalışırıq. Azərbaycan və Türkiyə seysmoloqları gələcəkdə də ortaq araşdırmalar aparmağı planlaşdırır. Bu günə qədər də birgə çalışmalarımız olub”, - deyə AFAD rəhbəri qeyd edib.