İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
4 Dekabr 2025 15:55
2 422
Gürcüstan ABŞ Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh razılaşmasını alqışlayır.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT Nazirlər Şurasının Vyanada keçirilən 32-ci iclasında çıxışında deyib.
Onun sözlərinə görə, bu tarixi razılaşma Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün vacib təməl daşıdır.
“Saziş regionda uzunmüddətli sabitlik və inkişaf üçün imkanlara möhkəm təməl yaradır. Gürcüstan sülhü və regional əməkdaşlığı qətiyyətlə təşviq etməyə davam edir. Biz beynəlxalq hüququn tətbiqi, suverenliyin qorunması, Cənubi Qafqazda və ATƏT regionunda uzunmüddətli sülhün təmin edilməsi üçün bütün tərəfdaşlarla işləməyə hazırıq”, - Boçorişvili əlavə edib.
25 Mart 17:31
1 309
25 Mart 15:12
1 386
25 Mart 15:01
1 309