İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
8 Dekabr 2025 13:55
1 750
“Biz hesab edirik ki, Ermənistanın Azərbaycanın 2024-cü ildə etdiyi təklifi qəbul etməməsi üçün heç bir əsas yoxdur. Bizim təklifimiz qüvvədədir”.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında deyib.
“3+3” formatının yaradılması təşəbbüsü Azərbaycan Prezidenti tərəfindən irəli sürülüb və bu çərçivədə 3 görüş keçirilib. 2024-cü ilin oktyabrında keçirilən görüş zamanı növbəti görüşün Azərbaycanın ev sahibliyində təşkili təklif edilib. Lakin təəssüf ki, belə bir razılıq əldə olunmadı. Ermənistan tərəfi buna razı olmadı. Hazırda isə fərqli mühit mövcuddur. Artıq başqa kanallar vasitəsilə bu görüşlərin təşkili müzakirə olunur”, - deyə o bildirib.
Nazir qeyd edib ki, Azərbaycan bu görüşə ev sahibliyi etməyə hazırdır.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan XİN “3+3” formatında növbəti görüşün tarixi və yerinin hələ müəyyənləşdirilmədiyini bildirmişdi.
25 Mart 17:31
1 295
25 Mart 15:12
1 365
25 Mart 15:01
1 288