İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
8 Dekabr 2025 13:56
1 729
Azərbaycan Suriya ilə bərpa və yenidənqurma təcrübəsini paylaşmağa hazırdır.
Bu barədə Azərbaycanın Suriyadakı səfirliyi “X”də paylaşım edib.
“Bir il əvvəl, bu gün dünya Dəməşqin öz xalqına qayıtmasının, haqqın qanuni sahiblərinə qaytarılmasının və ədalətsizlikdən və cinayətkarlıqdan qurtuluşunun şahidi oldu. Dost Suriya xalqı böyük fədakarlıqlar göstərib”, - paylaşımda vurğulanıb.
Bildirilib ki, bu gün Suriya xalqı bütün sahələrdə vətənlərini bərpa etmək üçün səylə çalışır: “Onların əzmi və səyləri, dağıntılar altından qalxaraq unikal nailiyyətlər əldə edəcək bir dövlət qurmaq qabiliyyətlərini dünyaya nümayiş etdirir. Azərbaycan Respublikası azad edilmiş ərazilərdə davam edən yenidənqurma və bərpa prosesi zamanı qazandığı bütün təcrübələri bölüşməyə hazırlaşır”.
Qeyd edək ki, bu gün Bəşər Əsədin devrilməsindən bir il ötür.
25 Mart 17:31
1 309
25 Mart 15:12
1 386
25 Mart 15:01
1 309