“Pozitivin təbliğatı daha müsbət effekt verir”
24 Yanvar 11:48
24 Yanvar 11:48
23 Yanvar 21:20
23 Yanvar 16:40
23 Yanvar 16:07
Tramp Qrenlandiyaya görə Danimarka Baş nazirini 45 dəqiqə danlayıb
Peskov: Rusiya Trampın problemləri zorla həll etmə yanaşmasını qəbul etmir
Azərbaycanın bəzi rayonlarında yollar dumanlı olacaq, buz bağlayacaq
Rumıniyada Azərbaycanın memarlığına və Qarabağdakı quruculuğa həsr olunmuş sərgi keçirildi
9 Dekabr 2025 11:27
9 730
“İranın xarici işlər naziri Abbas Əraqçinin Bakıya səfəri Azərbaycan–İran münasibətlərində dialoqa qayıdış və gərginliklərin yumşaldılması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Görüşlərdə əsas diqqət iqtisadi əməkdaşlıq, nəqliyyat-tranzit layihələri, enerji təhlükəsizliyi və regional sabitlik məsələlərinə yönəlib”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.
E.Telmanoğlunun sözlərinə görə, səfərin mesajı ondan ibarətdir ki, tərəflər mövcud fikir ayrılıqlarına baxmayaraq münasibətləri konfrontasiya deyil, diplomatiya yolu ilə tənzimləmək xəttini seçiblər: “”3+3” formatında əməkdaşlığın vurğulanması İran və Azərbaycanın regiondakı geosiyasi proseslərə birgə yanaşma iradəsinin göstəricisi kimi çıxış edir. Bununla belə, əməkdaşlığın real nəticə verməsi üçün iqtisadi layihələrin icrası, qarşılıqlı etimadın möhkəmləndirilməsi və üçüncü tərəflərin regiondakı təzyiqlərinin balanslı idarə olunması həlledici olacaq”.
Politoloq əlavə edib ki, ümumilikdə, Əraqçinin səfəri Bakı–Tehran xəttində yeni diplomatik səhifənin açılması və gələcək əməkdaşlıq üçün müsbət siyasi siqnal kimi dəyərləndirilə bilər.
Röya İsrafilova
14:35
413
23 Yanvar 19:16
1 883
23 Yanvar 19:13
2 072