İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
9 Dekabr 2025 12:17
1 680
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Nəqliyyat Departamenti katibinin köməkçisi Daniel Edvards ilə görüşüb.
"APA-Economics" xəbər verir ki, görüşdə Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi strateji əhəmiyyəti, multimodal dəhlizlər və infrastruktur layihələri barədə ətraflı məlumat verilib.
Eyni zamanda Zəngəzur dəhlizinin açılması, "TRIPP" layihəsinin sürətləndirilməsi, Naxçıvan dəmir yolunun bərpası və modernləşdirilməsində ABŞ ilə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı aviasiya və dəniz nəqliyyatı daxil olmaqla nəqliyyatın digər sahələrində və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
25 Mart 17:31
1 309
25 Mart 15:12
1 386
25 Mart 15:01
1 309