Kreml Aİ liderlərinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı birgə bəyanatını şərh etməyib
Fitch Solutions: Azərbaycan enerji və geosiyasi üstünlüklərlə mövqelərini möhkəmləndirir
Vətən müharibəsi və antiterror əməliyyatında iştirak edənlər cəzalarından tam azad ediləcək
Amnistiya tətbiqi nəticəsində cəzası 6 ay azaldılacaq məhkumların dairəsi müəyyənləşib
Amnistiya ilə cəzanın müddətindən asılı olmayaraq azad ediləcək şəxslərin dairəsi məlum olub
11:02
791
Respublikamızın dinamik sosial-iqtisadi inkişafı, “yaşıl iqtisadiyyat”a ədalətli keçid, süni intellektin əmək bazarına təsiri həmkarlar ittifaqlarının qarşısında məsuliyyətli və strateji vəzifələr qoyur, onları daha fəal olmağa sövq edir.
Bu barədə Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciətində bildirib.
Dövlət başçısı vurğulayıb ki, işçilərlə işəgötürənlər arasında sosial dialoqun əsas tərəfdaşı və əmək dəyərlərinin qoruyucusu kimi çıxış edən həmkarlar ittifaqları peşə birliklərinin möhkəmləndirilməsi, işçilərin maarifləndirilməsi, əmək hüquqları sahəsində onların bilik və bacarıqlarının artırılması prosesində yaxından iştirak etməlidir. Bütün bunlar əmək münasibətlərinin düzgün tənzimlənməsinə, sosial ədalətin və qarşılıqlı məsuliyyətin təmin olunmasına xidmət edir.