17 Dekabr 23:42
12:08
665
Dezinformasiya ilə Mübarizə Mərkəzimizdə yaratdığımız sistemlə bu günə qədər 2500-ə qədər dezinformasiyanı müəyyən etmişik.
APA-nın Ankaraya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən Türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda deyib.
O bildirib ki, sosial media çox sayda iddiaların yayıldığı məkandır: "Bu iddiaların təsdiqlənmədən yayılması halları olur. Hamımızın müşahidə etdiyimiz İkinci Qarabağ müharibəsi dövründə hərb sahəsində olduğu qədər informasiya cəbhəsində də gedirdi. Müharibə dövründə və sonrasında can Azərbaycanın Zəfərinə kölgə salmaq üçün çox sayda dezinformasiya kampaniyası aparılırdı.
Bunları yalanlayaraq, əslində Qarabağ zəfərinə informasiya savaşında da dəstək vermiş olduq. O dönəmdə müəyyən etdiyimiz dezinformasiyalardan birini sizinlə paylaşmaq istəyirəm. “Qarabağda Azərbaycan əsgərləri yaşlı erməni qadını lağa qoydu” başlığı ilə bir yalan xəbər yayılırdı. Burada guya bir əsgər yaşlı qadına su uzadır, qadın suyu içmək istəyəndə digər əsgər suyu yerə tökür. Halbuki videonun tam halında açıq və dəqiq şəkildə Azərbaycan əsgərinin öz əli ilə erməni qadına su içirtdiyi görülürdü. İndi təəssüf ki, görüntüləri kəsib biçərək başqa cür təqdim etmək mümkündür. Süni intellektlə başqa şəkildə videolar ortaya çıxarıla bilir”.
12:48
609
12:38
546
11:39
651